İran XİN rəhbərindən sərt sözlər

Baxış sayı:
9364

İstefa edən, amma istefası president Ruhani tərəfindən qəbul edilməyən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünyada güc mərkəzləri ABŞ və Avropa ətrafında meydana gəlmədiyini söyləyib.
 
Tehran Universitetində təşkil edilən bir konfransda çıxış edən Cevad Zərif, "Dünya Qərb orbitində fırlanmır, dünyanın enerji mərkəzləri ABŞ və Avropanın ətrafında toplanmır, indi dünya dəyişdi, bu gün gücün təməli elm, texnologiya, müstəqillik, inanc və sosial etimaddır” deyib.
Müxalifət.az