İran XİN rəhbəri ABŞ-a səsləndi: CƏHƏNNƏM DONDUĞU ZAMAN ABŞ-ın..

Baxış sayı:
9961

İranın xarici işlər naziri Zərif ölkəsinin ABŞ-ın istədiyi kimi "normal" bir dövlət olmayacağını bildirərək, Vaşinqton rəhbərliyinin Tehranı itirdiyini qəbul etməsi lazım olduğunu bildirib.
 
 Cavad Zərif sosial media hesabından apardığı bölgüdə, ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun İran ilə bağlı açıqlamalarına cavab verib.
“ABŞ nə zaman hara müdaxilə edirsə, orada xaos, təzyiq və nifrət yarandı" deyən Zərif, Pompeonun "İrandan normal bir ölkə olmasını istədikləri" şəklindəki açıqlamalarına cavab olaraq bunları söyləyib:
“İran ancaq cəhənnəm donduğu zaman ABŞ-ın marionet hakimiyyətlərini təqlid edə bilər və Mayk Pompeonun insan haqları modellərini tətbiq edərək “normal” bir ölkə halına gələr ki, ABŞ-ın da burada istədiyi Şah hakimiyyəti və ya indiki qəssab rəhbərliklərdir. Ona görə də ABŞ-ın İranı itirdiyini qəbul etməsi ən yaxşısıdır".
Qeyd edək ki, ABŞ xarici işlər naziri Pompeo çıxdığı Orta Şərq turunun ilk dayanacağı olan İordaniyada verdiyi açıqlamada, İrandan "normal" bir ölkə olmasını istədiklərini bildirərək, "İrana qarşı təzyiqi təkcə diplomatik sahədə deyil, iqtisadi sahədə də iki qatına çıxaracağıq" demişdi.
Müxalifət.az