​“İran və Rusiya Azəbaycanın başına açılan müsibətlərə imzanı bərabər atıblar” – ELDAR SABİROĞLU

Baxış sayı:
14251

“İranı başa düşmək, onun Azərbaycana düşmən münasibətini anlamaq üçün təzədən "Tarixi-Nadiri" vərəqləməyə ehtiyac yoxdur”. Hurriyyet.org xəbər verir ki, bu fikirləri keçmiş deputat Eldar Sabiroğlu özünün Facebook səhifəsində yazıb. O qeyd edib ki, tarixən İran və Rusiya Azəbaycanın başına açılan müsibətlərə imzanı bərabər atıblar: “İki əsrdən artıq zamandır ki, İran bu yolu Rusiya ilə birlikdə gəlib və Azəbaycanın başına açılan müsibətlərə imzanı da bərabər atıblar. Paşinyanın Tehranda dəm-dəstgahla qarşılanması, onun İran erməniləri ilə möhtəşəm görüşünün təşkili və salonda "Artsax bizimdir" şüarlarının səsləndirilməsi erməni-fars birliyinin Azərbaycana düşmənçiliyini göstərən ən parlaq tədbir kimi tarixə yazıldı. Deyəsən, rusların Azərbaycandan nəsə bir umacağı var. Adətən, özünü pərdə arxasında saxlayan rus hökuməti İranı qabağa ataraq istədiyini almağa çalışıb”. Hurriyyet.org