İran və Azərbaycan XİN rəhbərləri koronavirus məsələsini müzakirə etdi

Baxış sayı:
3076

İranın xarici işlər naziri Məhəmçəd Cavad Zərif Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla  telefonla koronavirus məsələsini  müzakirə edib. 

Telefon danışığında koronavirus epidemiyasının  bölgədə və dünyada yayılması və  ölkələrin bu virusla mübarizədə birgə əməkdaşlığı və  yaxından əməkdaşlığının zəruriliyindən danışıblar.

 Telefon danışığında İranın XİN başçısı Azərbaycan dövləti və xalqına İrana göstərdikləri yardımlara görə təşəkkür edib. 

 Sonda İran XİN başçısı bu ağır günlərin geridə qalacağına ümid etdiyini bildirib./apa