İran və Almaniya arasında qalmaqal: NAZİRƏ YANACAQ VERİLMƏDİ

Baxış sayı:
6697

Almaniya ilə İran arasında böyük bir böhranın son anda qarşısının alındığı ortaya çıxıb. Böhranın qarşısını almaq üçün yardım isə heç gözlənilməz bir yerdən gəlib.
 
Almaniyanın Münhen şəhərində ötən həftə keçirilən Beynəlxalq Təhlükəsizlik konfransında böyük bir qalmaqalın son anda qarşısının alındığı ortaya çıxıb.
Təhlükəsizlik Konfransına qatılacaq olan İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin airbus təyyarəsinə Münhen hava limanında heç bir şirkət yanacaq vermək istəməyib.
Bununla da Zərifin Münhendəki konfransa qatılması təhlükəyə girib. Alman qəzeti "Süddeutsche Zeitung", WDR və NDR televiziyalarının birgə araşdırmasına görə, hadisə belə inkişaf edib: “Münhen hava limanındakı yanacaq şirkətləri ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara zidd olacağı qorxusuyla xarici işlər naziri Zərifi gətirəcək Airbus təyyarəsinə yanacaq verə bilməyəcəklərini bildiriblər”.
Bundan sonra Təhlükəsizlik Konfransının sədri Volfqanq İschinger, Alman Xarici İşlər və Müdafiə Nazirliyindən kömək istəyib. Alman Hava Qüvvələri dövrəyə girib və təyyarəyə yanacaq dolduracağı sözü verib. Bu söz qarşısında İranlı nazir Münhenə gəlib. Təhlükəsizlik Konfransının sədri İschinger, İran XİN rəhbəri Zərifin gəlməsinə son anda və "Çox çətinliklə" nail olduqlarını söyləyib.
Qeyd edək ki, konfrans İsrailin baş naziri Netanyahu ilə İran xarici işlər naziri Zərif arasında qarşılıqlı sərt ittihamlara səhnə olmuşdu.
Müxalifət.az