​İran terror ordusu qurmaq istəyən Amerikanı qınadı: “ABŞ hərbçilərini Suriyadan çıxarsın"

Baxış sayı:
861

“İŞİD məğlub olduqdan sonra ABŞ-ın Suriyada ordu qurmaq istəməsi düşündürücüdür”

Muxalifət.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi ABŞ-ın “Suriya Sərhəd Təhlükəsizliyi Gücü” yaratmaq cəhdinə reaksiya verib. Nazirliyin mətbuat katibi Bəhram Qasımi ABŞ-ın verdiyi qərarın “Suriyanın daxili işlərində açıq bir müdaxilə demək olduğunu və ölkədəki böhranı daha da dərinləşdirəcəyini” deyib.
Qasımi xəbərdarlıq edib: “ABŞ-ın bu həmləsi Suriyadakı problemləri daha da qarışıq vəziyyətə gətirəcək”.
XİN mətbuat katibinin açıqlamasında deyilir: “İran İslam Respublikası, Türkiyə və Rusiya Astanadakı görüşdə Suriyada atəşkəs regionları yaratmaqla böhranı nəzarət altına almağa çalışırlar və bu məsələdə mühüm irəliləyişlərə nail ola biliblər. ABŞ regiondakı dağıdıcı siyasətini nəzərdən keçirərək, gecikmiş olsa belə, ən qısa müddət ərzində Suriyadakı qüvvələrini çıxararaq, ölkə xalqının öz müqəddəratını özünün təyin eləməsinə imkan verməlidir. ABŞ-ın bu qərarı, Suriya ordusu və müttəfiqlərinin İŞİD və əl-Nüsra kimi terror təşkilatlarına qarşı mühüm zəfərlər eldə edilməsindən sonra verməsi düşündürücüdür”.