​İRAN: “Tel-Əviv yerlə yeksan ediləcək”

Baxış sayı:
2731

İsrail İranı Suriya ilə səhv salmamalıdır.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri İranın Ali Dini liderinin nümayəndəsi Əli Şirazi jurnalistlərə açıqlamasında deyib:
“Əgər İsrail mövcud olmaq istəyirsə, axmaq addımlar atmaqdan əl çəkməli, davranışlarına fikir verməlidir. Onlar İranın əlinə bir bəhanə versələr, Tel-Əviv və Hayfa yerlə yeksan ediləcək”.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu aprelin 11-də Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində çıxış edərək, ölkəsinə qarşı mümkün hücumla bağlı İrana kəskin xəbərdarlıq edib.