​İran sürətlə güclənir, İsrail isə çalışır ki... – Yəhudi ekspert

Baxış sayı:
2163

İranın mövqeyi Yaxın Şərqdə güclənir.
Muxalifet.az xəbər verir ki, bunu “Rosbalt” agentliyinə açıqlamasında İsrail politoloqu Eyal Zisser söyləyib.
“Bu gün Yaxın Şərqdə əsas gərginlik İran və sünni dövlətlər arasında yaşanır. İranın mövqeyi güclənir, təsiri isə bütün regiona yayılmağa başlayır. Bu, təkcə İsraili narahat etmir. Yaxın Şərqdə qeyri-stabillik çoxdur və onun böyük konfliktə çevrilmək ehtimalı var. İsrail bunu nəzərə almalıdır. Buna görə də təkcə ABŞ-a güvənmək olmaz. İndi yeni alyanslar formalaşdırılmalıdır. İsrai çalışır ki, ənənəvi müttəfiqi ABŞ-la digər tərəfdaşları arasında münasibətlərdəki balansı saxlasın. Bu gün Səudiyyə Ərəbistanı İrandan real təhdid hiss edir. Tehran özü Ər-Riyadı İsrailə tərəf itələyir”, – deyə o bildirib.