“İran Suriya və Yəməndən adamlarını çəkir” – Tramp açıqladı

Baxış sayı:
12667

ABŞ prezidenti Donald Tramp İranın indi yalnız ayaqda qalmaq üçün çalışdığını, Suriya və Yəməndən adamlarını çəkməyə başladığını söyləyib.
 
Tramp Vaşinqtonun İranın bölgədəki təzyiqini dayandırmağa nail olduğunu, Ayətullahların indi hesablarını yenidən dəyişdirdiklərini, ölkədə hər həftə etiraz aksiyası olduğunu bildirərək İranla görüşməkdən məmnun olacağını deyib.
Suriya ilə bağlı olaraq isə Tramp, "Suriya çox uzun müddət əvvəl itirilib. Bununla yanaşı, orada görüləsi bir iş yoxdur. Orada qum və ölüm var. Biz sərvət haqqında danışmırıq. Qum və ölümdən bəhs edirik. Artıq Suriyada qalmaq üçün bir arzum yoxdur" deyib.
Tramp Suriyalı və İranlı kürdlərin İrana neft sataraq Amerikanın sanksiyalarını pozduğunu da qeyd edib.
Tramp ABŞ-ı Suriyaya onun göndərmədiyini, Suriyada qalmalarını da istəmədiyini, Suriyadan çəkilmənin 4 ayda mümkün olacağını, ancaq dəqiq bilmədiyini söyləyib.
Müxalifət.az