İran Səudiyyə və İsraili vura biləcək raketlər yerləşdirdi

Baxış sayı:
2284

İngilis xəbər agentliyi “Reuters”-in xəbərinə görə, İran İraqdakı Şiə nümayəndələrinə ballistik raketlər göndərib. Bunu dünyaya yayan beynəlxalq agentlik, xəbərini İran, İraq və Qərbli mənbələrə əsaslandırıb. Agentliyə məlumat verən üç İranlı səlahiyyətli, iki İraqlı kəşfiyyat işçisi və iki Qərbli casus, raket transferi qərarının 18 ay əvvəl aldığını söyləyib.
Raket transferi İranın düşmənlərinə xəbərdarlıq mesajı olduğunu qeyd edən “Reuters”, qısa mənzilli raketlərin ötən bir neçə ay ərzində İraqa daxil olduğunu bildirib.
 
RAKETLƏR ƏR-RİYAD VƏ TƏL-ƏVİVİ VURMAQ GÜCÜNDƏDİR
 
Mənzili 700 kilometrə çatan “Zilzal”, “Fatih 110” və “Zülfüqar” raketləri, İraqın qərbi və ya cənubuna yerləşdirildiyi təqdirdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və İsrailin paytaxtı Təl-Əvivi vurmaq gücünə malikdir.
İran İnqilab Mühafizəçilərinin Yaxın Şərqə transfer etdiyi Qüds Qüvvələrinin, İraqın həm cənubunda, həm də qərbində bazaları var.
Bir İranlı səlahiyyətli, "Bu yerləşdirmələr, İranın hücuma məruz qaldığı təqdirdə bir “B” planıdır. Raket sayı onlarladır, ancaq lazım gəlsə, artırılacaq" deyib.
İraq hökuməti və ordusu, raketlərlə əlaqədar bir şərh verməyib.
Müxalifət.az