İran Şimali İraqdakı kürdləri bombaladı

Baxış sayı:
514

Bəsrədə İran baş konsulluğunun yandırılmasından sonra İran, İraq Kürd Regional Rəhbərliyini (IKBY) bombalayıb. Hadisədə ən az 5 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.
 
İran döyüş təyyarələri, IKBY-nin paytaxtı Ərbilin Köysancak rayonunda yerləşən müxalif İraq Kürdüstan Demokrat Partiyasının binasını bombalayıb.
Şahidlərin sözlərinə görə, partiya rəhbərləri toplantı etdiyi dövrdə baş verən bombalamada ən azı 5 nəfərin öldüyünü və 30 nəfərin yaralandığını bildirərək, dağılan binanın altında cəsədlər olduğunu deyib.
 
İRAN BAŞ KONSULLUĞU YANDIRILMIŞDI
 
İranın IKBY-də yer alan Köysancak rayonunu, Bəsrədə baş konsulluğun yandırılmasından 24 saat keçməmiş bombalaması diqqət çəkib.
Müxalifət.az