İran prezidentindən “Fəratın şərqi” açıqlaması

Baxış sayı:
4192

Sayca dördüncüsü keçiriləcək sammit üçün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Soçiyə getdiyini bildirən Ruhani, sammitdə Astana prosesi çərçivəsində regional məsələlər və xüsusi olaraq Suriya məsələsinin müzakirə olunacağını bildirib.
 
 Ruhani, "Terrorçu qruplar Suriyada güclü zərbələr aldılar və bir çox bölgədən təmizləndilər. Suriyanın müxtəlif bölgələrində, ölkənin şimalında və Fəratın şərqində hələ də terror ünsürləri var" deyib.
 Üçtərəfli danışıqların bütün terrorçular təmizlənənə qədər davam etməsinin lazım olduğunu vurğulayan İran prezidenti, 3 ölkənin də əsl hədəfinin terrorla mübarizə olduğunu və bunu davam etdirəcəklərini ifadə edib.
Suriyayla bağlı mühüm bir məsələnin də ölkədəki xarici hərbi qüvvələrin mövcudluğu olduğunu dilə gətirən Ruhani, "Suriyanın qanuni hökumətinin dəvəti ilə orada olmayan və icazə almayan qüvvələr bu ölkəni tərk etməlidir, xüsusilə də ABŞ ordusu. ABŞ əvvəldən beynəlxalq konvensiyalara zidd olaraq Suriyaya gəldi və orada işğalçı qüvvə mövqeyindədir. Son çıxışlarında çıxmaq istədiklərini deyirlər, əgər doğru deyirlərsə, bu yaxşı bir xəbərdir. Ancaq ABŞ-ın sözünə və vədlərinə heç bir zaman güvənmək olmaz. Dünya da onların sözlərinə etimad etmir. Çünki ABŞ rəhbərliyi hər həftə və hər gün bir şey deyir" deyə bildirib.
Müxalifət.az