İran prezidenti Ruhani ABŞ-ın müzakirə tələbinə cavab verdi

Baxış sayı:
15814

İran prezidenti Həsən Ruhani müzakirə və diplomatiya tərəfdarı olduğunu, ancaq bu günki şərtlərin müzakirə deyil, müqavimət və mübarizə şərtləri olduğunu söyləyib.
 
Ağ Evdə oturanların keçən 40 ildə davamlı olaraq İrana qarşı çalışdığını, media, təzyiq və silahla mübarizə etməyi planladıqlarını və bu gün bütün bunların bir araya gəldiyini ifadə edən Ruhani, bu sözləri deyib:
"Düşmən davamlı olaraq gərginliyi İranın başlatmasını istəyirdi, ancaq bunu etmədik. İçəridə də bəziləri nüvə razılaşmasından çıxmamızı istəyirdi, ancaq bu zəmində müqavimət göstərmək çox çətin idi. Əgər ABŞ-ın təhrikləriylə nüvə razılaşmasından çıxsaydıq, bu gün hökumətin xalqa yönəlik atdığı addımları müdafiə etmək çox ağır və kompleks bir hal alardı. Belə bir vəziyyətdə ABŞ-ın xaricində beynəlxalq ictimaiyyət və BMT də ölkəmizə qarşı sanksiya tətbiq edərdi".
ABŞ sanksiyalarına qarşı xalq və ölkəni idarə edənlər arasında fikir ayrılığı olmadığını dilə gətirən Ruhani, şəxsən müzakirə və diplomatiya tərəfdarı olduğunu, ancaq bu şərtlərdə müzakirə edilməsini heç bir şəkildə qəbul etmədiyini ifadə edib.
Bu günki şərtlərdə xalqın çox çətinliklərlə üz-üzə olduğunu, ancaq bütün bunların hökumətlə əlaqədar olmadığını və keçmişdə xalqın gəlir səviyyəsini yüksəltdiklərini qeyd edən Ruhani, "Bu gün daha yaxşı idarə edə bilmək üçün qərar mexanizminə ehtiyacımız var. İran-İraq müharibəsində bir şura quruldu və bütün səlahiyyətlər bu mexanizmin əlində idi, Məclis və məhkəmə də buradan çıxan qərara müdaxilə etmirdi. İqtisadi müharibədə olduğumuz bu gün də belə bir səlahiyyət lazımdır" deyib.
Heç bir dövrdə bankçılıq əməliyyatları və neft satışıyla əlaqədar problemlərlə qarşılaşmadıqlarını və bu günkü qədər sanksiyalara məruz qalmadıqlarını dilə gətirən Ruhani, bunları qeyd edib:
"Dünyada pul dövriyəsinin 87 faizi dollar üzərindən reallaşmaqdadır. Ölkəmizin bu kurs ilə ticarət etməsi qanunsuz bir şəkildə sanksiyaya məruz edilib. Hökumətin gəlirinin düşməsi və bankçılıq sektorunun dünya ilə olan əlaqəsinin məhdud olması mövcud problemlərdən bir neçəsidir".
Müxalifət.az