​İran parlamentində xaos: 15 deputat hədələdi

Baxış sayı:
4180

İran parlamentinin üzvü olan 15 kürd millət vəkili ticarətlə bağlı tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə istefa verəcəklərini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Məhabad şəhərinin millət vəkili Mahmud Salehi danışıb.
"Rojhilatda təxminən 7 milyon insan yük daşımaq və sərhəd ticarəti yolu ilə gəlir əldə edir. Onlara qarşı tətbiq edilən qadağalar xalqımızın yaşayış şəraitini çətinləşdirib. Tələblərimizi parlamentə təqdim etmişik. Nəticəsi olmasa, istefa verəcəyik", - Salehi bildirib.
O, məsələ ilə bağlı açıqlama vermək üçün Prezident Həsən Ruhaninin parlamentə dəvət edildiyini də deyib.