İran liderindən Yaponiyanın baş nazirinə olay hərəkət: “O Trampa söyləyin..

Baxış sayı:
8518

ABŞ-İran arasında vasitəçilik missiyası ilə rəsmi görüşlər üçün Tehrana gələn Yaponiyanın baş naziri Abe Şinzo ilə görüşən İran lideri Xamneyi Trampın göndərdiyi mesaja sərt münasibət bildirib.
 
Abe-nin "ABŞ prezidentinin mesajını sizə çatdırmaq istəyirəm" ifadəsinə qarşılıq Xamneyi "Ciddiliyiniz və yaxşı niyyətiniz mövzusunda tərəddüdümüz yoxdur, lakin Trampın şəxsiyyətini mesaj alış-verişi üçün uyğun hesab etmirəm. Trampa heç bir cavabım yoxdur və olmayacaq" deyib.
Yaponiya baş naziri Abe-nin "ABŞ İranda rejim dəyişikliyi məsələsində maraqlı deyil" sözündən sonra Xamneyi bunları söyləyib: "ABŞ ilə məsələmiz rejim dəyişikliyi deyil, çünki onların belə bir niyyəti varsa da, onu reallaşdıracaq gücə sahib deyillər. ABŞ-ın əvvəlki prezidentləri də keçən 40 ildə İran İslam Respublikasını yox etmək istədilər, ancaq edə bilmədilər. Trampın rejim dəyişikliyi istəmədiyi sözü yalandır, əgər bunu edə bilsəydi edərdi, lakin edə bilməyəcəyini bilir".
Abe ABŞ-ın İran ilə "səmimi müzakirələrə" hazır olduğunu ifadə edərkən, Xamneyi buna inanmadıqlarını və "səmimi müzakirələrin" Tramp ilə reallaşmayacağını deyib.


 
"İRAN ABŞ-a GÜVƏNMİR"
 
"ABŞ hakimiyyətində dürüstlük çox az olur. İran ABŞ-a güvənmir və nüvə razılaşması çərçivəsində ABŞ ilə daha əvvəl reallaşan ağrılı müzakirə təcrübəsi heç bir şəkildə təkrar edilməyəcək" deyən Xamneyi, dilə gətirdiyi xüsusların Yaponiya naş naziri ilə müzakirə çərçivəsində olacağını, bu ölkəni dost olaraq gördüklərini, ancaq şikayətlərinin də olduğunu ifadə edib.
Trampın "Müzakirə İranın inkişafını təmin edəcək" sözünü qeyd edən Abe-yə Xamneyi, "Biz ABŞ ilə müzakirə etmədən və sanksiyalar altında da inkişaf edəcəyik" deyə cavab verib.
İranın 5-6 il nüvə razılaşması mövzusunda ABŞ və digər ölkələrlə müzakirə edərək nəticəyə vardığını, ancaq Vaşinqton rəhbərliyinin razılaşmanı pozduğunu vurğulayan Xamneyi, "Hansı ağlı başında olan insan bütün razılaşmaları pozan bir ölkə ilə bir daha müzakirə edər? Azad və ağıl sahibi heç bir millət təzyiq altındakı bir müzakirəni qəbul etməz" deyib.
İran lideri nüvə silahına qarşı olduqlarını və nüvə silahının haram olduğu yönündə fətva verdiyini xatırladaraq "Əgər nüvə silahı etmək istəsəydik ABŞ heç bir şey edə bilməzdi. ABŞ-ın icazə verməməsi də heç bir maneə meydana gətirməzdi. ABŞ-ın hansı ölkənin nüvə silahı sahibi olub olmayacağıyla əlaqədar danışmağa səlahiyyəti yoxdur, çünki ABŞ-ın anbarlarında minlərlə nüvə başlığı var" deyə söyləyib.
Yaponiyanın əhəmiyyətli bir ölkə olduğunu və əgər İranla əlaqədə maraqlı isə qəti iradəsini ortaya qoyması lazım olduğunu ifadə edən Xamneyi, "Bəzi əhəmiyyətli ölkələr bu iradəni ortaya qoya bilmədi" deyə bildirib.
Müxalifət.az