İran İsraili VURA BİLƏR

Baxış sayı:
1618

İranda rejim əleyhinə nümayişlərin arxasında ABŞ və İsrailin olduğunu ifadə edən İran hökumətinin cavab tədbirləri görə biləcəyi iddia edilir. 
Bir həftə əvvəl İranın Məşhəd şəhərində başlayan etiraz dalğasının çoxu hökumət tərəfindən qısa bir müddətdə yatırıldı. İqtisadi əsaslarla başlayan və daha sonra rejim əleyhinə aksiyalara çevrilən hadisələrin arxasında ABŞ və İsrailin olduğu deyilir.
 
İRAN İSRAİLİ VURA BİLƏR
 
İrandakı etirazlar zamanı ölü sayı 23-ə çıxıb və buna qarşılıq olaraq hökumət tərəfindən ciddi addımlar atılacağı və içəridəki kollaborasionistlərə də ağır cəzaların veriləcəyi deyilir. Ən böyük həmlənin də İsrailə qarşı aparılacağı mövzusu artıq İran mediasında gündəmə gətirilməyə başlayıb. Bu xəbərləri sosial şəbəkəyə daşıyan İranlı istifadəçilər hökumətin İsraili vura və ya Mossad Kəşfiyyat Xidmətinə qarşı ciddi bir əməliyyat keçirə biləcəyi iddia edilir.
Müxalifət.az