İran İsraili hədələdi: “Yerlə bir olarsınız”

Baxış sayı:
9271

Tehranın Cümə İmamı Ayetullah Muvahhidi Kirmani cümə xütbəsində İran ilə bölgə ölkələri və İsrail arasındakı gərginliyə münasibət bildirib.
 
İranın zənginləşdirilmiş uranda limiti aşmağa davam edəcəyini, ancaq bunun atom bombası çıxarmaq üçün olmadığını dilə gətirən Kirmani, bu cür silahları qanuni görmədiklərini və onlara ehtiyacları olmadığını ifadə edərək "7 iyuldan etibarən istədiyimiz qədər uran istahsal edəcəyik. Əgər körfəzdəki mavi suların qırmızıya çevrilməsini istəmirlərsə, hərbi bir hücumu düşünməsinlər" deyib.
İsraili də təhdid edən Kirmani, "İran İsrailə hücum etmək istəsə, bu ölkəyə aid 200 atom bombasının olduğu Dimona Nüvə Stansiyasını vurması kifayətdir. Buranı hədəf aldığımız təqdirdə İsrail öz atom bombalarıyla bir neçə dəfə yerlə bir olar. Özünüzə diqqət yetirin" deyib.
 
"Siz inqilab liderindən üstün deyilsiniz"
 
Ölkədəki bahalıqla bağlı hökuməti tənqid edən Kirmani, "Görəsən insanı qarışıqlıq içində buraxan bahalılıqdan xəbəriniz vardırmı? Az gəlirli və yoxsul təbəqələrin hansı şərtlərdə yaşadığını bilirsinizmi? Bunlar üçün necə bir proqramınız var? Səlahiyyətlilərin həyatlarını bağlı qapılar arxasında davam etdirməsi və xalqın onlara çata bilməməsi qəbul edilə bilməz" deyib.
Ruhani kabinetinin “Tədbir və Ümid Hökuməti” olaraq adlandırılmasına kinayə ilə toxunan Kirmani, "Əlinizdə açar olduğunu söyləyirsiniz. O halda bağlı qapıları əlinizdəki açarla açın və bahalığı həll edin. Əgər qapılar açarla açılmırsa, çəkiclə qırıb açın. Tədbirinizin işə yaramadığını görsəniz təcrübəli və mütəxəssis kəslərlə müşavirə edin və onların fikirindən faydalanın" deyib.
Hökumət səlahiyyətlilərindən İran lideri Əli Xamneyidən dərs almalarını istəyən Kirmani, Xamneyinin davamlı olaraq universitet tələbələrini dinlədiyini və onların suallarına cavab verdiyini qeyd edərək "Siz inqilab liderindən (Xamneyi) daha üstün deyilsiniz" deyib.
Müxalifət.az