'İran İngiltərənin neft tankerini dayandırmağa çalışdı'

Baxış sayı:
10282

ABŞ-lı səlahiyyətlilər İran İnqilab Mühafizəçilərinə aid bir hərbi gəminin Hörmüz Boğazının şimalında irəliləyən İngiltərəyə aid neft tankerinə yanaşaraq dayandırmaq istədiyini, bölgədə olan İngilis döyüş gəmisinin xəbərdarlığından sonra geri çəkildiklərini söyləyib.
 
“Reuters” xəbər agentliyinə danışan ABŞ-lı hərbi səlahiyyətlilər İngiltərəyə aid xam neft daşıyan tankerin İran quru sularına yaxın bir bölgədə, İran tərəfindən gələn beş gəmi tərəfindən dayandırılmağa çalışıldığı məlumatını verib.
CNN isə yenə ABŞ-lı səlahiyyətlilərə söykədiyi xəbərində, İran tərəfindən gələn kiçik döyüş gəmilərinin tankeri İran quru sularına çəkməyə çalışdığını, İngilis Kraliyət Donanmasına aid HMS Montrose döyüş gəmisinin silahlarını bu botlara çevirərək şifahi xəbərdarlıq etdiyini, botların bundan sonra geri döndüyünü ifadə edib.
İngiltərə Müdafiə Nazirliyi hələ mövzuyla əlaqədar bir açıqlama etməyib.
Qeyd edək ki, İngiltərənin keçən həftə İrana aid bir neft tankerini Cəbəllütariq Boğazında dayandırmasından sonra İrandan İngiltərəyə yönəlik sərt açıqlamalar gəlmişdi. İngiltərə Kraliyət Donanması bundan sonra Bəsra Körfəzindəki ticari məqsədli gəmilərə döyüş gəmilərinin yoldaşlıq etməsinin planlandığını bəyan etmişdi.
Müxalifət.az