İRAN GƏMİSİ RAKETLƏ VURULDU – 19 nəfər ölüb, 15 yaralı var... / YENİLƏNİB - 2

Baxış sayı:
3115

İran Hərbi Dəniz Qüvvələrinin təlimində azı 19 nəfər ölüb, 15 nəfər isə yaralanıb. 

“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

***
10:53

İranın Hərbi Dəniz Qüvvələri (HDQ) “Kənarək” gəmisinin təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulduğunu təsdiqləyib.
HDQ-nin yaydığı açıqlamada bildirilib ki, ötən gün məşqi zamanı baş vermiş insident nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər  yaralanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
İranşəhr şəhər Tibb Universitetin rektoru  bildirib ki, xəsarət alanlardan 16 nəfər İmam Əli adına xəstəxanaya çatadırılıb. Onlardan biri ölüb, 3 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstəxanada 12 nəfər var.
 
***
04.43
İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Konarak” gəmisi təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulub.
Bunu “Tasnim” xəbər agentliyinin jurnalisti Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb:
“Deyilənlərə görə, “Jamaran” gəmisi tərəfindən atılan raket səhvən logistika gəmisi olan “Konarak” gəmisinə dəyib”.
Onun sözlərinə görə, hələlik rəsmi mənbələr xəbəri təsdiqləməyiblər. O, həmçinin ölən və yaralananların sayının bilinmədiyini deyib.
Digər bir jurnalist Həmid Hacipur isə öz “Twitter” səhifəsində yazıb ki: “Çabahar xəstəxanasından verilən məlumata görə, bu hadisədə 40 nəfər ölüb. Onlardan 22 nəfərin cənazəsi tapılıb”.
Hələlik rəsmi xəbər saytları bununla bağlı xəbər verməyiblər./APA