“İran Feysbuku” istifadəyə verdi: Amerikaya ölüm - FOTO

Baxış sayı:
6670

İrana məxsus “Soruş” sosial şəbəkəsi fəaliyyətə başlayıb. Muxalifət.az xəbər verir ki, sosial şəbəkə fəaliyyətə başladığı andan etibarən kifayət qədər marağa səbəb olub. Buna səbəb sosial şəbəkədə bir sıra maraqlı emojilərə yer verilməsi olub. Belə ki, istifadəçilərin göndərdiyi işarələrin böyük əksəriyyətində çarşablı qız şəkilləri əks olunub. Bunların sırasında həmçinin üzərində “Amerikaya ölüm” şüarı yazılan plakatı tutan çarşablı qız görüntüsü də yer alıb. Artıq sosial şəbəkənin fəaliyyətinə ölkənin Ali dini lideri Əli Xamenei dəstək nümayiş etdirib. İran İslam İnqilabı Keşikçilər Korpusu isə “Soruş”un məşhurlaşması üçün böyük təbliğata başlayıb. Qeyd edək ki, İran bundan öncə Teleqramın fəaliyyətini ölkədə qadağan edib.