İran din adından çox səhvlər edib - Prezidentin qızı

Baxış sayı:
3205

İran dövləti 40 ildir islam dini adından çox səhvlər edib və islama zərər verib.

Muxalifet.az xəbər verir ki, bu sözləri İran İslam Respublikasının 4-cü prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi söləyib. O, insan hüquqları və demokratiyanın önəmindən danışaraq, İrandakı hakimiyyət tərzinin yanlış olduğunu bildirib:

“Mən din adamı statusuna qarşıyam. Əgər narahat olmaq istəmədiklərini deyirlərsə, idarəetmədən çəkilməlidirlər. Ölkədə iqtisadi böhran var. Bunun səbəbi sadəcə yanlış idarəçilik deyil, eyni zamanda, peşəkarlığa önəm verilməməsidir”.

F. Haşimi İranın dini əsaslarla idarə edilməsinə baxmayaraq, ölkəsində alkoqol istifadəsi və satışının bir sıra dövlətlərdən daha çox olduğunu deyib.