İran, Çin və Rusiyanı ittiham etdi: “İran, onlar üçün ABŞ-a qarşı bazarlıq predmetidir”

Baxış sayı:
5470

İran Məclisinin Xarici Siyasət Komissiyasının sədri Haşmetullah Felahetpişə, Rusiya və Çinin İranı ABŞ-a qarşı bazarlıq “kozır”ı olaraq gördüklərini açıqlayıb.
 
İran Məclisinin İnformasiya Agentliyi İCANA-ya açıqlama verən Felahetpişə, Rusiya və Çini, ölkəsini Vaşinqtona qarşı bazarlıq predmeti kimi istifadə etməklə ittiham edib.
 ABŞ-ın ölkəsinə qarşı birtərəfli sanksiyaları qarşısında bu ölkələrin mövqeyini tənqid edən Felahetpişə, “Rusiya və Çin İranı ABŞ-a qarşı bazarlıq predmeti olaraq gördü. ABŞ-ın sanksiyaları yaxınlaşanda bu ölkələr ümumi olaraq Vaşinqtona yaşıl işıq yandıraraq İrandan neft ixraclarını minimuma endirdilər" deyib.
Avropa ölkələrinin isə Rusiya və Çinin əksinə, İranla ikitərəfli münasibətlərində daha müsbət münasibət göstərdiyini söyləyən Felahetpişə, "Avropa ölkələri, bölgədəki qeyri-sabitliyin öz sərhədlərinə qədər çatdığını gördü və hazırda bu ehtimalın olduğunu da bilir" deyə söyləyib.
Felahetpişə, bu səbəblərlə Avropanın İranla iş birliyi mövzusundakı qətiyyətini sübut etdiyini, ancaq bu qətiyyətin əməli fəaliyyətdə yerinə yetirilib yetirilməyəcəyi hələ də sual olduğunu deyib.
Müxalifət.az