İran bu ölkələrə silah göndərir - TİLLERSON

İran “altılıq” ölkələri ilə nüvə sazişi imzaladıqdan sonra belə Yaxın Şərqdə sabitliyin qorunmasına təhlükədir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Reks Tillerson danışıb.
“Təəssüflər olsun ki, müqavilə imzalandıqdan sonra biz sülh və sabitliyin hökm sürdüyü regiondan başqa hər şeyi görmüşük. İran BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqla ballistik raketləri fəal şəkildə inkişaf etdirir və sınaqdan keçirir. İran regionda ABŞ-ın təhlükəsizliyini və sabitliyini təhdid edərək Yəməndə, Suriyada, İraqda qeyri-sabitliyin yaranması üçün silah və təlim qüvvələri göndərir”, - Tillerson bildirib.