İran ABŞ-a qarşı İraqda ballistik raket yerləşdirdi: Bölgədə gərginlik artır

Baxış sayı:
9052

 ABŞ-ın Orta Şərq və Körfəzə etdiyi hərbi daşımadan sonra İranın İraqda Haşdi Şabinin nəzarət etdiyi bölgələrə ballistik raket yerləşdirdiyi irəli sürülüb.
 
“Əl Ərəbi” agentliyinin xəbərinə görə, bəzi İraq tayfaları İranın dəstəklədiyi Haşdi Şabi hərbi bazalarına yaxınlaşmamaları barədə üzvlərini xəbərdarlıq edib.
Orta Şərqdə müharibənin ayaq səsləri getdikcə daha çox hiss edilməyə başlayıb. ABŞ-ın İrana qarşı sanksiyalarını artması regiona böyük hərbi daşımalar həyata keçirməsi İranı da hərəkətə gətirib. İranın İraqa ballistik raket yerləşdirdiyi irəli sürülüb.
 
ABŞ-ı hədəf seçəcək
 
 Səudiyyə Ərəbistanına məxsus “Əl Ərəbi” agentliyinin İraqdakı bəzi tayfa mənbələrinə əsaslandırdığı xəbərə görə, Haşdi Şabinin nəzarət etdiyi bölgələrə İranın ABŞ-a qarşı ballistik raket yerləşdirdiyi irəli sürülüb. Xəbərdə, ABŞ-ın İrana hücum etdiyi təqdirdə İraqda yerləşdirilmiş həmin raketlərin də ABŞ-ı hədəf seçəcəyi qeyd edilib.
 
Tayfalar xəbərdar olunub
 
 Xəbərə görə, bəzi İraq tayfaları Haşdi Şabinin hərbi bazalarına yaxınlaşmamaları barədə üzvlərini xəbərdar edib. Çünki Haşdi Şabi bir çox bazasında İrana aid ballistik raket olduğuna görə Vaşinqtonun həmin bölgələri hədəf seçməsindən qorxur.
İran raketləri Haşdi Şabi milislərinin Asayib Əhli Haqq qrupuna aid bazalarda yerləşdirilib. Asayib Əhli Haqq Haşdi Şabi nəzdindəki ən böyük qruplardan olub, İrana beyət etdiyini açıqlamışdı.
 
 İran hərəkətə keçdi
 
Əl Ərəbi” agentliyi həmçinin tayfa üzvlərinin İrana bağlı silahlı qrupların əlindəki məhbuslarına həssas olmalarını, ABŞ-ın mümkün bir hücumunda əsirləri canlı qalxan olaraq istifadə edəcəyi ilə bağlı xəbərdarlıq etdiyini bildirib.
ABŞ-ın İrana qarşı sanksiyalarını artırması və bölgəyə döyüş təyyarəsi, B-52 bombardman təyyarəsi, Patriot raketlərini yerləşdirməsi ilə Yaxın Şərqdəki ölkələr və hərbi qruplar dərhal hazırlıq vəziyyətinə keçiblər. İran isə ABŞ-ın Suriya və İraqdakı qüvvələrini hədəf seçməklə təhdid edib.
Müxalifət.az