İran ABŞ-dan $50 milyard tələb edir – “Nüvə sazişinə bir şərtlə qayıdarıq…”

Baxış sayı:
12715

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran nüvə sazişinə o zaman qayıda bilər ki, Amerika Birləşmiş Ştatları (ABŞ) tətbiq etdiyi sanksiyalara görə ona 50 milyard dollar kompensasiya ödəmiş olsun. Bu barədə «Rossiyskaya qazeta» yazıb.

Qəbul edilən qərarların məqsədəuyğunluğu üzrə Şuranın (QMŞ – İran) katibi Möhsün Rezai bəyan edib ki, Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri İranın «ticarət əlaqələrini doğramağa» və ölkənin blokadasına nail olmağa yönəldilib.

Xatırladaq ki, ABŞ İranın nüvə proqramı üzrə sazişdən ötən il birtərəfli qaydada çıxıb və İran iqtisadiyyatına yönəlik əvvəlki sanksiyaları bərpa edib.