İran 2000 km mənzilli raketləri ilə hədələdi

Baxış sayı:
7486

İran dövlət televiziyasına açıqlama verən İnqilab Mühafizəliri Ordusunun komandanı Cəfəri, İraqın Ərbil şəhərindəki İran Kürdüstan Demokrat Partiyası (İKDP) düşərgəsinin raketlərlə vurulmasına münasibət bildirib.
 
Cəfəri, "İnqilab Mühafizəçiləri Ordusunun terrorçulardan aldığı intiqam, çirkli hədəflərini və zorakılıqlarını İrana təkidlə qəbul etdirəcəklərini güman edən super güclərə verilən bir mesajdır" deyib.
İranın raket gücünə işarə edən Cəfəri, "İran torpaqları ətrafında və 2 min kilometr mənzildəki hərbi qüvvələri və bazaları olanlar İnqilab Mühafizəçiləri Ordusunun hədəfləri yüksək dəqiqliklə vurmağa sahib raketlərinin hədəfində olduqlarını bilməlidirlər" deyə, təhdid edib.
Qeyd edək ki, İran, şənbə günü İKDP-yə aid bir ofisi iclas keçirilərkən qurudan quruya 7 raketlə hədəfə almış, hücumda aralarında partitaya rəhbərlərinin də olduğu 16 İKDP-li ölmüş, təxminən 40 nəfər yaralanmışdı.
Kimyəvi, nüvə və bioloji başlıq daşıyabilmə qabiliyyətinə malik ballistik raketləri ABŞ-ın regiondakı bazalarını vurmaq potensialına malik İranın bu tutumu, başda ABŞ olmaqla, Qərb ölkələri və regiondakı bəzi ölkələr tərəfindən təhdid kimi qəbul edilir. Qərb ölkələri İranın ballistik raket proqramını müzakirəyə çıxarmasını tələb edərkən Tehran rəhbərliyi, ölkənin raket proqramının strateji və müdafiə məqsədli olduğunu ifadə edir.
Müxalifət.az