​İqtisadi silkələnmə: DOLLAR İKİ İLİN REKORDUNU YENİLƏDİ

Baxış sayı:
3148

Rusiyada dolların bahalaşması davam edib.
Muxalifət.az xəbər verir ki, Moskva birjasında günün əvvəlində 66 rubla qədər bahalaşan dollar hazırda nisbətən enib və 64,5 rubla düşüb.
Avro isə ötən gecə 82 rubla qədər qalxsa da, hazırda 79,77 rubla qədər geriləyib. Hazırkı nisbi stabilləşmənin Rusiya Mərkəzi Bankının müdaxiləsi ilə baş tutuduğu bildirilir. Buna baxmayaraq, ötən günə nisbətdə günlük məzənnədə ucuzlaşmanın qarşısını almaq mümkün olmayıb.
Qeyd edək ki, ötən gün dolların günlük orta məzənnəsi 63,4 rubla çatmışdı və bu, son iki ilin rekordu sayılırdı.