“İnterpol” xətti ilə axtarışda olan britaniyalı Bakıda tutuldu

Baxış sayı:
3571

Pakistan Cinayət Məcəlləsinin 109-cu (qətl) maddəsi üzrə “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Böyük Britaniya vətəndaşı Bəşir Nədim Bakıda tutulub. Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, B.Nədim London-Bakı aviareysi ilə Azərbaycana gələn zaman Heydər Əliyev Hava Limanında saxlanılıb. Onun Pakistana ekstradisiya ediləcəyi gözlənilir.