İnterpol bu azərbaycanlını axtarır

Baxış sayı:
8404

Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib. Muxalifet.az-ın məlumatına görə, 1964-cü ildə Lerik rayonunda anadan olan Əlipaşa Məmmədov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb. Bundan sonra məhkəmə Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçib və təqsirləndirilən şəxs axtarışa verilib. İnterpol həmin şəxs barəsində beynəlxalq axtarış elan edib.