​İnternetdə “Abel” şərablarının onlayn satışı təşkil olunub – BU MƏHSULUN ABEL MƏHƏRRƏMOVLA NƏ KİMİ BAĞLANTISI VAR?

Baxış sayı:
10699

Ukraynanın nüfuzlu onlayn (online) alqı-satqı saytlarında “Abel Mendoza” adlı şərab məhsulu satılır. Muxalifet.az-ın əməkdaşlarının internetdə apardığı araşdırma nəticəsində məlum olub ki, qiyməti 2513 qrivna (təxminən 153 AZN) olan bu şərabın alıcılara müxtəlif növləri - beş qırmızı və beş ağ növü - təqdim olunur.
Təbii ki, bu günlərdə Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun İspaniya şərab biznesi ilə məşğul olduğu haqda yayılan informasiyalardan sonar, alıcılara İspaniya məhsulu kimi təklif olan “Abel Mendoza” şərabı diqqətimizi cəlb etməyə bilməzdi. Odur ki, bu məsələ ilə bağlı bir qədər də geniş araşdırma aparmaq, İspaniya məhsulu kimi təqdim olunan “Abel Mendoza” şərabının Abel Məhərrəmovun adı ilə bağlı olub-olmadığını aydınlaşdırmaq qərarına gəldik. Lakin internetdə bunu təsdiq edən hər hansı informasiya ilə qarşılaşmadıq.
Xatırladaq ki, bu günlərdə sosial şəbəkələrdə və ayrı-ayrı saytlarda BDU-nun sabiq rektoru Abel Məhərrəmovun öz adına şərab istehsal etdirdiyi haqda informasiyalar verildi. Bu baxımdam A.Məhərrəmovun oğlunun səfir olaraq çalışdığı bir ölkənin – İspaniyanın məhsulu kimi təqdim olunan “Abel Mendoza” şərabının sabiq rektorla bağlantısı olduğu haqda qənaətə gəlməyimiz heç də təsadüf deyil...

Muxalifet.az