"İnsan var ki, daha çox nəşələnmək istəyir və “ölüm dozası” istifadə edir" - Həkimdən SENSASİON AÇIQLAMA

Baxış sayı:
13006

Son günlər mətbuatda narkotik istifadəçiləri arasında ölüm faktı ilə bağlı məlumatların sayı artıb. Bəzən gündə bu bəlaya mübtəla olan 2-3 insanın dünyasını dəyişməsi ilə bağlı məlumatlar yayılır. Narkotik istifadəçilərinin ölümü daha çox hansı hallarda baş verir?

Muxalifet.az xəbər verir ki, mövzu ilə bağlı Lent.az-a açıqlama verən həkim-narkoloq Asif Kəngərli bildirib ki, son illərdə narkomanların sayı artdığı üçün bu bəladan ölənlərin sayı da çoxalıb.

Onun sözlərinə görə, narkomanların qəflətən ölməsinə səbəb isə doza artıqlığıdır: “Gündəlik doza və “ölüm dozası” var. Elə insan var ki, daha çox nəşələnmək istəyir və “ölüm dozası” istifadə edir. Bu da onun tənəffüs mərkəzinin dayanmasına səbəb olur”.

Həkim bildirib ki, müalicə üçün gənclər daha çox müraciət edirlər: “Yaşlı xəstələrin sayı faiz etibarilə az olur. Əsasən gənclər və yeniyetmələr müraciət edirlər. 20-30 yaş arası xəstələrin sayı daha çox olur. Gənc yaşda insanların orqanizmi daha həssas olur. Buna görə də onlar artıq doza qəbul edəndə ölüm halı baş verir. Yüksək dozadan başqa, narkotikdən çox istifadə etdiyi üçün yaranan müxtəlif xəstəliklərdən -infarktdan, beyin iflicindən, böyrək xəstəliklərindən, yol-qəza hadisələrindən ölənlər də çox olur. Narkomaniya həm başın, həm də bədənin xəstəliyidir. Daxili üzvlərdə çox dərin patologiyalar yaradır ki, bu da ölümlə nəticələnə bilər”.

Qeyd edək ki, ötən il Azərbaycanda ilk dəfə narkomaniya diaqnozu qoyulan xəstələrin sayı 1995 nəfər olub. 2000-ci ildə bu rəqəm 1,483 olub. 2018-ci ildə qeydiyyatda olan narkomanların sayı isə 31432 nəfər olub.