​İnquşetiya yenə Çeçenistanla sərhəd probleminə görə qarışdı - FOTO

Baxış sayı:
6289

İnquşetiyanın paytaxtı Maqas şəhərində izdihamlı mitinq başlayıb.
Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, respublikanın hər yerindən paytaxta toplaşan insanlar İnquşetiya ilə Çeçenistan arasında sərhəd probleminin həll edilməsi üçün referendumun keçirilməsi haqqında qanuna etirazlarını bildirirlər.
Mənbə qeyd edir ki, hakimiyyət şəhərdə mobil rabitəni söndürüb.