İngiltərənin baş nazirinə daha bir zərbə

Baxış sayı:
3937

Avropa Ədalət Məhkəməsindən "İngiltərənin “Brexit”-dən imtina etməsi üçün gec deyil" açıqlaması gəlincə, İngiltərədə Avropa Birliyi (Aİ) tərəfdarı müxaliflərə və müqaviləni bəyənməyən hakimiyyətdəki millət vəkillərinə müqavilənin necə ləğv oluna biləcəyi imkanı doğmuşdu. Bu açıqlamadan sonra İngiltərənin baş naziri Teresa Mey etdiyi açıqlamada, İcmalar Palatasında keçiriləcək “Brexit” səsverməsinin təxirə salınacağını bildirmişdi.
 
“Brexit” böhranının yaşandığı ölkədə sürpriz bir gəlişmə baş verib. Son zamanlardakı hadisələrlə başı ağrıyan baş nazir Teresa Mey-ə, bir zərbə də öz partiyasından vurulub. Mühafizəkar Partiyasının millət vəkilləri 15 faiz səddini aşaraq Mey-in partiya liderliyi üçün etimad səsverməsinə çıxarılmasına qərar verib.
Səsvermə bu gün partiya qrupunda axşam saatlarında keçiriləcək.
 
MEY-dən İLK TƏPKİ VERİLDİ
 
Etimad məsələsi ilə bağlı açıqlama verən Mey, etimad səsverməsinə qarşı bütün gücü ilə mübarizə aparacağını deyib.
Müxalifət.az