İngiltərədən İrana qarşı “diplomatik qoruma”

Baxış sayı:
4633

İngiltərə İranın 5 il həbs cəzasına məhkum etdiyi İngiltərə vətəndaşı Nazan Zaghari-Ratcliffeyə mühakimə prosesi və tibbi müalicə çatışmazlığını əsas göstərərək diplomatik qoruma təmin etmə qərarı verib.
 
İngiltərənin xarici işlər naziri Ceremi Hunt verdiyi yazılı açıqlamada, "Bu gün İngiltərənin son dərəcə qeyri-adi bir addım atması və diplomatik qoruma rejiminin tətbiq olunmasına qərar verdim" deyib.
Bu addımın İranın İngilis vətəndaşı Ratcliffə mövzusunda beynəlxalq qanunlardan irəli gələn öhdəliklərini yerinə yetirmədiyinin tanıması və problemi dövlətlər arası məsələyə çevrildiyini qeyd edən Hunt, qərarı asanlıqla vermədiyini, ancaq İngilis vətəndaşının tabe tutulduğu rəftarın "qəbul edilməz" olduğunu ifadə edib.
Ratcliffənin tibbi problemləri olduğuna diqqət çəkən Hunt, "Verilən təminatlara baxmayaraq ehtiyac duyduğu tibbi müalicə də nail olmamışıq" deyib.
Qərarın, İrana "davranışının tamamilə yanlış olduğu" mesajı verən "mühüm bir diplomatik addım" mənasına gəldiyini qeyd edən Hunt, ancaq bunun "qısa müddətdə nəticə verəcək sehrli çubuq" olmadığını da vurğulayaraq İngilis vətəndaşının sərbəst buraxılması çağırışını təkrarlayıb.
 
CASUSLUQ İTTİHAMI İLƏ 5 İL HƏBS CƏZASI VERİLMİŞDİ
 
 Diplomatik qoruma, bir dövlətin başqa bir dövlətin yanlış hərəkət və ya əməliyyatlarından zərər görən vətəndaşının hüquqlarını beynəlxalq qanunlar çərçivəsində qorumağa alması kimi tanınır.
40 yaşlı ikili vətəndaş Ratcliffə 2016-ci ildə İrandan İngiltərəyə qayıdarkən hava limanında saxlanılıb və daha sonra da "İran rejimini ortadan qaldırma və casusluq" ittihamları ilə 5 il həbs cəzasına məhkum edilmişdi.
Müxalifət.az