İngiltərədən ABŞ-ı QƏZƏBLƏNDİRƏCƏK MÜQAVİLƏ

Baxış sayı:
8641

İran, ölkənin cənub-qərbindəki bir neft sahəsini inkişaf etdirmək üçün bir İngilis konsorsiumu ilə müqavilə imzaladı. İran rəsmi agentliyi IRNA müqaviləni, ABŞ-ın İranla nüvə müqaviləsindən çıxmasından sonra Avropanın nüvə sazişini qorumaq üçün atdığı ilk addım kimi qiymətləndirib.
 
İran dövlət televiziyası, Tehranın ölkənin cənub-qərbindəki Kerenj neft və qaz sahəsini inkişaf etdirmək üçün Londonda yerləşən “Pergas” Konsorsiumu ilə bir ön müqavilə imzaladığını bildirib.
 
MƏRASİMLƏ İMZALANDI
 
Müqavilənin, İran neft naziri Bijen Namdar Zəngənə, İngiltərənin Tehran səfiri Robert Macaire və “Pergas”-ın baş direktoru Kolin Rowleyin də iştirak etdiyi mərasimlə imzalandığı qeyd olunub.
 
GÜNDƏLİK 200 MİN BAREL
 
Təxminən 1,2 milyard dollarlıq sərmayəyə ehtiyac duyan layihə həyata keçiriləndən sonra Kerenj neft sahəsindən gündəlik 200 min barrel xam neft hasil olunacağı ifadə edilib.
 
ABŞ-ı QƏZƏBLƏNDİRƏCƏK MÜQAVİLƏ
 
İranın rəsmi agentliyi IRNA müqaviləni, "ABŞ-ın İranla nüvə müqaviləsindən çıxmasından sonra Avropanın Vaşinqton rəhbərliyi olmadan nüvə sazişini qorumaq üçün atdığı ilk addım" kimi xarakterizə edib.
Müxalifət.az