İngiltərədə sorğu nəticəsi sensasiya doğurdu: EDAM...

Baxış sayı:
784

İngiltərədə 4 böyük siyasi partiya üzvləri arasında edam cəzasının bərpa edilməsi barədə sorğu keçirilib.
Muxalifət.az xəbər verir ki, Kvin Meri Univerisitetinin keçirdiyi sorğu “Xalq: İngiltərədə siyasi partiya üzvləri” başlığı ilə dərc edilib.
Sorğuda iqtidarda olan Mühafizəkarlar Partiyası ilə yanaşı, müxalif Leyboristlər Partiyası, Şotlandiya Milli Partiyası və Liberal Demokratlar Partiyasının ümumilikdə 4177 üzvü iştirak edib.
Nəticələrə əsasən, mühafizəkarların təxminən 54 faizi bəzi cinayətlər üçün edam cəzasının bərpa edilməsi fikrini dəstəkləyib. Edam cəzasına dəstək göstəriciləri Şotlandiya Milli Partiyasında 23, Leyboristlərdə 9, Liberal Demokratlarda isə cəmi 8 faizə bərabər olub.
Qeyd edək ki, İngiltərədə ölüm hökmü sonuncu dəfə 1964-cü ildə icra edilsə də, cəza vətənə xəyanətlə bağlı 1998-ci ilə qədər qanunlar arasında öz yerini qorumuşdu. Rəsmi London ölüm cəzası ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 113-cü protokolunu 2003-cü ildə qəbul etmişdi.