İngiltərə və ABŞ dünyanın ən böyük ittifaqıdır - Tramp

Baxış sayı:
12145

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya səfərinin ikinci günündə Tereza Mey ilə görüşüb.
Muxalifet.az azərtac-a istinadən görüşdən sonra təşkil olunan mətbuat konfransında tərəflər sualları cavablandırıb.
Donald Tramp ABŞ və Böyük Britaniya arasında tarixi əlaqələri yüksək qiymətləndirdiyini bildirib. O, İngiltərə və ABŞ-ın ittifaqının dünyanın gördüyü ən böyük ittifaq olduğunu deyib.
Tereza Mey iki ölkənin gələcəkdə əməkdaşlığını davam etdirmək üçün böyük potensiala sahib olduğunu bildirib. O deyib: "Bizim böyük bir ortaqlığımız var, lakin daha da irəliyə gedə bilərik. Bu, yaxşı bir ticarət sazişi ilə mümkündür".
Qeyd edək ki, Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra digər ölkələrlə sərbəst ticarət razılaşmaları əldə edə bilər.