İngiltərə Əsəd bazalarını HANSI SİLAHLARLA VURA BİLƏR?

Baxış sayı:
3163

Son dövrlərdə Rusiya ilə yaşadığı casus böhranı ilə gündəmə gələn İngiltərə, ABŞ-ın Suriya hücumuna dəstək verəcək.
 
“Daily Mail” qəzetinin xəbərinə görə, İngilis nazirlər, hərbçilərə genişmiqyaslı bir əməliyyat planlaşdırması üçün göstəriş verib. Xəbərə görə, İngiltərənin baş naziri Tereza Mey, əməliyyat qərarını parlamentin razılığı olmadan ala bilər. 2013-ci ildə dövrün baş naziri Devid Kameron Suriyaya əməliyyat üçün parlamentə razılıq üçün müraciət etsə də, ancaq parlament hücuma razılıq verməyincə, planlar ləğv olmuşdu.


 
“STORM SHADOW” RAKETLƏRİ
 
“Daily Mail”, İngiltərənin Suriyadakı hədəflərə qarşı ehtimal edilən əməliyyatda GR4 Tornado təyyarələrindən istifadə edə biləcəyini yazıb.
Təyyarələr “Storm Shadow” deyilən raketlər ata bilir. Bu raketlərin mənzili 240 km-dən artıqdır.
 
YUNAN KİPRİ SAHƏSİNDƏKİ REAKTİVLƏR
 
Raketlərin yüksək mənzili, GR4 Tornado döyüş təyyarələrinin əməliyyat zamanı Suriya hava müdafiə sistemi tərəfindən vurulma təhlükəsi olmadan da hədəfləri vurmağa imkan verir. Cənubi Kiprdə yerləşən İngilis bazasında 6 ədəd GR4 Tornado təyyarəsi var.
 
DƏNİZDƏN TOMAHAWK RAKETLƏRİ ATA BİLƏR
 
Başqa bir hücum variantı Aralıq Dənizindəki İngilis sualtı gəmilərdən atıla biləcək Tomahawk raketləridir. Bu raketlər, ötən il Xan Şeyhundakı kimyəvi hücumun ardından Suriya hədəflərini vurmaq üçün Amerikan döyüş gəmisi USS Donald Cooktan atılmışdı.

İngilis ordusunun əlindəki bir başqa silah da “Reaper” modeli insansız hava vasitələridir. Küveytdə yerləşən Reaperlar, “Hellfire” deyilən raketləri ilə daşıyıb atma qabiliyyətinə malikdir.
Müxalifət.az