İngiltərə hərbi gəmisi Sakit okeana göndərilir

Baxış sayı:
6535

Kraliça Yelizavetanın adını daşıyan yeni təyyarədaşıyan gəminin Sakit okeana göndəriləcəyini bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə İngiltərənin Müdafiə naziri Qevin Uilyamson məlumat verib.
Nazir gəmidə İngiltərə və ABŞ-ın F35 təyyarələrinin daşınacağını qeyd edib. Uilyamsonun sözlərinə görə, bu addım ölkəsinin hərbi gücünü artırmaqla yanaşı, İngiltərə və ABŞ-ın yaxın müttəfiqlər olduğunu bir daha sübut edəcək.
Qeyd edək ki, gəminin 2021-ci ildə Sakit okean sularına daxil olması nəzərdə tutulur.