İngilislərdən ortalığı qarışdıracaq iddia: “Türkiyə S-400 alışını təxirə salacaq”

Baxış sayı:
4297

 İngilis xəbər agentliyi “Reuters” Türkiyənin ABŞ-ın təzyiqləri üzündən S-400 qəbulunun təxirə salınması üçün Rusiya ilə görüşlər keçirdiyini bildirib.
 
ABŞ-ın Türkiyədən Rusiyanın S-400 hava müdafiə sistemlərinin alınmasının gecikdirilməsini tələb etdiyi və Ankaranın da məsələni dəyərləndirdiyi bildirilib.
 
 Reuters iddiası: Təxirə salınma qiymətləndirilir
 
“Reuters” mövzunu yaxından təqib edən mənbələrə əsaslandırdığı xəbərində, Türkiyənin ABŞ-ın tələbindən sonra normal təhvil müddəti iyul olaraq təyin olunan Rus S-400 hava müdafiə sistemlərinin qəbulunun təxirə salınmasını düşündüyü məlumatını verib.
Adının açıqlanmasını istəməyən mənbəyə görə, Vaşinqton ötən həftə Türkiyədən S-400-lərin təhvil alınması müddətinin təxirə salınmasını düşünməsini tələb edib.
ABŞ-ın tələbinin qiymətləndirilməsinin Ankara - Vaşinqton xəttindəki gərginlikdə bir yumşalma əlaməti kimi qəbul edəcəyi bildirilir.
Müxalifət.az