İngilislər Kiprə güc toplayır! Yüzlərlə F-35b təyyarəsi...

Baxış sayı:
7276

 Daha əvvəl Fransızlara baza yaratması üçün icazə verən Yunan Kipri, İngiltərənin F35b tipli döyüş təyyarələrini ərazisinə yerləşdirməsinə icazə verib.
 
ABŞ və İsrail dəstəyini arxasına alan Yunanlar ilə Türkiyə arasında Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarının çıxarılması üçün davam edən qazma işləri səbəbi ilə başlayan gərginlik davam edərkən, İngiltərədən yeni addım atılıb.
Britaniya Hava Qüvvələrinə məxsus 121 ədəd F-35b tipli qırıcının payızda Yunan Kipri sektorundakı Ağrotur Bazasına gələcəyi bildirilib.
 
MEMORONDUM İMZALANIB
 
 İngiltərəyə məxsus 121 hərbi təyyarənin Kiprə yerləşməsi məsələsində Yunan Kiprinin müdafiə naziri Savvas Angelidis ilə İngilis həmkarı Qavin Williamson arasında 4 apreldə Londonda memorandum imzalanıb.
İki nazirin memorandumu imzalamasından sonra F-35b döyüş təyyarələrinin Kiprə yerləşməsi qərara alınıb.
Yunan mediasının da geniş şəkildə verdiyi xəbərlərə görə, təyyarələr Suriya başda olmaqla, Yaxın Şərqdəki əməliyyatlarda aktiv olaraq istifadə edilən Ağrotur Bazasına gətiriləcək.
 
ÖNƏMLİ BİR MÜQAVİLƏ
 
Yunan mediası İngiltərə ilə bağlanmış müqavilən iki ölkə arasında mövcud olan dərin müdafiə əlaqələrini möhkəmləndirən mühüm bir müqavilə kimi qiymətləndirib.
Müqavilə ilə bağlı açıqlama verən Yunan Kiprinin müdafiə naziri Angelidis də, "Şərqi Aralıq dənizinin bir münaqişə zonasından sabitlik, təhlükəsizlik, inkişaf və tərəqqi regionuna çevrilməsinin Kipr (Yunan) Respublikasının strategiyası olduğunu" söyləyib.
İngilis müdafiə naziri Qavin Williamson da, "Kipr dəyərli bir tərəfdaşdır və dostdur və bu müqaviləni imzalayaraq qarşıdakı illərdə müdafiə məsələsindəki yaxın əlaqələrimizi gücləndiririk" - deyib.
Müxalifət.az