İngilislər həddini aşdı: Ərdoğana alçaq S-400 çağırışı

Baxış sayı:
6805

İngiltərənin “The Times” qəzeti bu günkü manşetində Türkiyənin Rusiyadan təhvil alacağı S-400 raketdən müdafiə sistemi ilə əlaqədar gəlişmələri təhlil edib.
 
Türkiyəyə bu yöndə xəbərdarlıq edən qəzet, "Türkiyənin Rus raket sistemini satın alması NATO-nun təhlükəsizliyini təhlükəyə atacaq və Qərbin parçalanmasına səbəb olacaq" deyə yazıb.
Qəzet prezident Rəcəb Tayyib Ərdoğanı "S-400 müqaviləsini yenidən düşünməyə" çağırıb.
 
Türkiyənin geosiyasi əhəmiyyətinə vurğu
 
“Times”-ın baş yazısı Türkiyənin qitələrarası mövqeyi səbəbiylə ənənəvi olaraq Şərq və Qərb arasında bir körpü olaraq görüldüyü ifadəsiylə başlayır və Türkiyənin Qərb ittifaqından uzun zamandır davam etdirdiyi mövqeyindən uzaqlaşdığı bildirilir.
Ardınca da Türkiyənin NATO və ABŞ-dan gələn xəbərdarlıqlara baxmayaraq Rusiyadan S-400 müdafiə sistemi almağa qərarlı olduğu vurğulanır.
Müxalifət.az