​İNGİLİSLƏR ARTIQ YAXIN ŞƏRQDƏ QALICIDIRLAR! - BALANSI DƏYİŞDİRƏCƏK ADDIM

Baxış sayı:
5173

İngiltərə Bəhreyndə ilk dəniz bazasını açdı
 
Muxalifət.az xəbər verir ki, İngiltərənin Yaxın Şərqdəki ilk daimi hərbi bazasının Bəhreyndə açıldığı bildirilir.
BNA xəbər agentliyinin məlumatına görə, ölkənin şərqindəki Salman limanında qurulan bazanın açılışında Bəhreynin vəliəhd şahzadəsi Salman bin Həmin Əl Xəlifə, York hersoqu şahzadə Endrü və hər iki ölkədən nümayəndələr iştirak ediblər.
Şahzadə Salman çıxışı zamanı ölkəsində açılan İngiltərə bazasının “Bəhreynin terrorçuluqla mübarizədə beynəlxalq koalisiyanı dəstəkləmə, dünyada sülhü, beynəlxalq su yollarını və qlobal ticarət hərəkatını qorumaq istiqamətlərindəki səylərində” mühüm bir addım olduğunu bildirib.
York hersoqu Endrü isə bazanın iki ölkənin mənfəətinə xidmət edəcəyini bildirib.
Bəhreyn xarici işlər naziri Xalid bin Əhməd əl Xəlifə də bu bazanın İngiltərənin 1971-ci ildən indiyə qədər bölgədə qurduğu ilk daimi dəniz bazası olduğunu bildirib.
Qeyd edək ki, Bəhreyndə Amerika donanmasına məxsus 5-ci donanma yerləşir./Hurriyyet.org