İngilis kəşfiyyatçıdan Qaşıqçı cinayətinə şərh

Baxış sayı:
5653

İngilis xarici kəşfiyyat xidməti Mİ6-nın keçmiş sədri Con Sawers, Qaşıqçı hadisəsini özünəməxsus şərh edib. Sawers, Türk kəşfiyyatındakı məlumatların çox ətraflı olduğunu söyləyərək, “əllərində bir qeyd olmalıdır” deyib. Sawers, Türk kəşfiyyatının Səudiyyə Konsulluğunu dinləyə biləcəyini iddia edib.
 
BBC-yə danışan İngilis xarici kəşfiyyat xidməti Mİ6-nın keçmiş sədri Con Sawers, "Əgər jurnalistin öldürülməsi əmrini şahzadə Məhəmməd bin Salmanın verdiyi sübut olunsa ki, çox böyük ehtimalla elə görünür, bu, çox irəli gedildiyi mənasına gəlir. Buna İngiltərə, Avropa İttifaqı və ABŞ qarşılıq vermək məcburiyyətində qalacaq" deyib.
 
“BARİZ BİR UYDURMADIR”
 
Qaşıqçı cinayətinin “nəzarətdən kənar ünsürlər" tərəfindən işləndiyi iddiasını "bariz uydurma" kimi səciyyələndirən Sawers, bunu qəbul edilməsinin ABŞ-ın nüfuzuna daha da xələl gətirəcəyini söyləyib.
 
İSTƏDİYİNİ ETMƏSİNƏ ABŞ-ın İCAZƏ VERƏCƏYİNİ DÜŞÜNDÜ
 
Məhəmməd bin Salmanın Qaşıqçı cinayətinin əmrini verərkən ABŞ ilə xüsusi əlaqəsinə güvənmiş olduğunu bildirən Sawers," Məncə, istədiyi kimi davranma məsələsində ABŞ rəhbərliyinin razılığına sahib olduğunu düşünməsə bunu etməzdi” deyə söyləyib.
 
SAWERSIN "TÜRK KƏŞFİYYATI" ÇAŞQINLIĞI
 
Türk xüsusi xidmət orqanlarının peşəkarlığı və detallara göstərdiyi diqqətə hörmət bəslədiyini bildirən Sawers, "Türk təhlükəsizlik mənbələrindən gələn məlumatlardakı təfsilat səviyyəsi o qədər aydın idi ki, bunun üçün konsulluqda dinlənilmə mövcud olmalıdır" deyə şərh edib.
 
TÜRKLƏR KONSULLUĞU DİNLƏYƏ BİLƏR
 
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında yaxın keçmişdəki gərginlik nəzərə alındıqda Səudiyyə Ərəbistanına məxsus ofislərin yaxından izlənə biləcəyinə diqqəti çəkən Sawers," Konsulluq bir şəkildə dinlənilir, ya da sui-qəsd qrupunun daşıdığı başqa cihazlar dinlənilə bilər” deyə söyləyib.
 
SUİ QƏSD QRUPU ŞAHZADƏYƏ ÇOX YAXIN ŞƏXSLƏRDƏN İBARƏTDİR
 
Sui qəsd qrupunu təşkil edən şəxslərə də toxunan Sawers, “Sui-qəsd qrupu ilə bağlı detallar çox qüvvətli və varis şahzadəyə nə qədər yaxın olduqlarını göstərir” deyib.
 
VƏLİƏHD ŞAHZADƏNİN ALTINI OYACAQLAR
 
Səudiyyə kral ailəsinin üzvləri, iş adamları və dini liderlərin şahzadə Məhəmməd bin Salmanın Qaşıqçı hadisəsiylə əlaqəsini istifadə edərək onun altını oyacaqlarını deyən Sawers, “Bu dəhşətli cinayətə Səudiyyə Ərəbistanı içində də təpki olacaq və hansısa şəkildə düzəliş ediləcəkdir” deyə bildirib.
Qeyd edək ki, Con Sawers 2009-2014-cü illərdə MI6 kəşfiyyat xidmətinə rəhbərlik edib.
Müxalifət.az