​“İnfiniti” yeni eraya doğru – Yalnız elektrik və hibrid avtomobilləri buraxacaq

Baxış sayı:
754

Muxalifət.az xəbər verir ki, Yaponiyanın “İnfiniti” avtomobil istehsalçısı şirkəti bazara öz ilk elektromobilini çıxaracaq. Məlumatı “İnfiniti”yə məxsus olan “Nissan Motor” şirkətinin direktoru Xiroto Saykava verib.
Onun sözlərinə görə, şirkət yeni model elektrik maşınlarını istehsal edəcək və 2025-ci ildə bu tip avtomobillər onların satışının 50 faizini təşkil edəcək.
Saykavanın sözlərinə görə, bir neçə ildən sonra “İnfiniti” modelləri yalnız elektrobobillər və “E-Pover” hibrid güc mexanizmli maşınlar olacaq. Onun mexanizmi akkumlyator batareyası blokundan və generator kimi istifadə ediləcək kiçik benzin mühərrikindən ibarət olacaqdır.