İndi isə Avropanı dəyişəcəyik - Nazir

Baxış sayı:
5098

Parlament seçkilərində iqtidarı məğlub etdikdən sonra növbəti hədəfimiz Avropadır.
Muxalifet.az xəbər verir ki, bunu İtaliyanın radikal sağ Liq partiyasının lideri, Daxili İşlər naziri Matteo Salvini deyib.
O, növbəti hədəfin Avropa Parlamenti seçkiləri olduğunu bildirib:
"İndi də Avropanı dəyişəcəyik".
Qeyd edək ki, ötən gün İtaliyanın cənubundakı Bazilikata muxtar bölgəsində parlament seçkiləri keçirilib. Seçkidə sağ partiyaların ittifaqı 42 faiz səslə qalib gəlib. Beləliklə, bölgədəki 24 illik sol partiya iqtidarı məğlub olub.