​İncirlik NATO-nun yox, Türkiyənindir – Çavuşoğlu

Baxış sayı:
8983

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ mətbuatında İncirlik aviabazası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, Çavuşoğlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib:
“İncirlik hərbi bazası ilk növbədə NATO-nun deyil, Türkiyənindir”.
Qeyd edək ki, ABŞ-ın “Vol Strit Jurnal” nəşri Ankara və Vaşinqton arasındakı gərginliyə görə Ağ Evin İncirlik aviabazasından əməliyyatları dayandırdığı xəbərini yaymışdı.