​İmişlidə faciə: Məktəblini avtomobil vuraraq öldürdü

Baxış sayı:
3599

İmişli rayonunda avtomobil azyaşlını vurub.
Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, “Mersedes” markalı avtomobil Mirili kənd sakini, 2009-cu il təvəllüdlü Şahpələngova Təranə Sakit qızını magistral yolu keçərkən vurub. Məktəbli ağır vəziyyətdə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Uşaq aldığı xəsarətlərdən 1 saat sonra ölüb.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.