İmişlidə benzin daşıyan avtomaşın partladı - Foto

Baxış sayı:
5542

İmişlidə benzin daşıyan avtomaşın partlayıb.
Muxalifet.az-ın məlumatına görə, hadisə saat 19 radələrində İmişli rayon Qaravəlli kəndində baş verib.
Qaravəlli kənd sakini Zeynalov Abdul Behdulla oğlu idarə etdiyi "Man" markalı benzin daşıyan avtomaşınla evinə gəlib. O, maşını həyətindən kənarda saxlayaraq evinə gedib. Bir qədər sonra avtomaşında yanğın başlayıb, daha sonra isə partlayış baş verib.
Partlayış zamanı xəsarət alan olmayıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alovun qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanılıb.