İmamoğlu İstanbulda köçürülmə işinə başladı - "Ola bilər, bəzilərinin işinə yaramasın"

Baxış sayı:
4021

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu ilk layihəsini reallaşdırmağa başlayıb.

“Haberler” xəbər verir ki, İmamoğlu Harem və Esenlər avtovağzallarının şəhər kənarına köçürülməsinə qərar verib. Onların yerində isə yüksək texologiyalar mərkəzi qurulacaq. “Bu ərazini ağla və elmə peşkeş edirəm” deyən İmamoğlu İstanbul insanının xəzinə olduğunu deyib:

“Bu xəzinəni mən də görürəm. Bu şəhərin hər işində sizdən faydalanacağıma söz verirəm. Mənim işim ağıl və elmlədr. Böyük ərazilər şəhər adına pis istifadə edildi. Həm Haremi, həm də Esenleri şəhər kənarına köçürəcəyik. Buna görə də, sürətlə köçürülmə işlərinə başlayırıq. Orada yüksək texnologiyalar mərkəzi qurulacaq. Ola bilər, bəzilərinin işinə yaramasın”.